İlham Əliyev: Ermənistan üçün dərs olacaq
Aprel döyüşləri bir daha onu göstərir ki, status-kvo tezliklə dəyişdirilməlidir. Bunu artıq bu məsələ ilə məşğul olan vasitəçilər də dəfələrlə bəyan ediblər. Status-kvonun dəyişdirilməsi işğal edilmiş torpaqların azad edilməsi deməkdir.
BAKU.WS xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələyə toxunarkən deyib.
Dövlətimizin başçısı əmin olduğunu bildirib ki, aprel döyüşlərinin nəticələri Ermənistan üçün dərs olacaq, onlar lazımi nəticələr çıxaracaqlar və danışıqlar prosesində konstruktiv mövqe ilə çıxış edəcəklər. Belə ümidlər var. Çünki son bir-iki ay ərzində danışıqlar prosesində çox böyük fəallıq var.
"Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli bizim üçün prioritet məsələdir”, - deyən Prezident bildirib ki, bu məsələnin tezliklə beynəlxalq hüququn norma və prinsipləri əsasında, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsi bizim üçün əsas vəzifədir. Bu münaqişənin həllinin başqa yolları yoxdur. Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir, status-kvo dəyişdirilməlidir, işğala son qoyulmalıdır. Nəinki BMT, bütün digər təşkilatlar da bizim mövqeyimizi dəstəkləyir.
Prezident İlham Əliyev NATO-nun Zirvə görüşündə qəbul edilmiş yekun sənəddə də Azərbaycanın suverenliyi və ərazi bütövlüyü ilə bağlı çox ciddi məqamların öz əksini tapdığını diqqətə çatdırıb. Dövlətimizin başçısı əlavə edib ki, Azərbaycanın suverenliyi, müstəqilliyi, ərazi bütövlüyü tanınır və münaqişə bu prinsiplər əsasında öz həllini tapmalıdır.
BAKU.WS
Oxşar xəbərlər
Lavrov Qarabağ danışıqları ilə bağlı bu gün Bakıya gəlir
Rusiya xarici işlər naziri Sergey Lavrovun bu gün Bakıya səfəri başlayır. ANS PRESS-in məlumatına görə, səfər zamanı ikitərəfli münasibətlər və Dağlıq Qarabağ m...