Prezidentdən sərt Qarabağ BƏYANATI: "Biz növbəti iyirmi il də mənasız danışıqlar aparan deyilik"
Heç kəs üçün sirr deyil ki, bu gün regionda və xüsusilə Ermənistan ilə Azərbaycan arasında qüvvələr nisbəti kəskin dəyişilib. Azərbaycan hər bir sahədə böyük üstünlüyə nail olub və bu üstünlüyü əldən verməyəcək.
BAKU.WS xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev müqəddəs Ramazan ayı münasibətilə təşkil olunan iftar mərasimində səsləndirib. O bəyan edib ki, Ermənistan ilə Azərbaycan arasında bütün sahələrdə fərq daha da böyüyəcək.
"Çünki biz inkişaf yolu ilə gedirik. Bizim gələcəyə çox dəqiq və aydın baxışlarımız, proqramlarımız var. Ermənistan isə xarici ianə, dəstək olmasa yaşaya bilməz. Bunu artıq onların iqtisadi vəziyyəti göstərir. Bunu aprel hadisələri göstərir. Ona görə biz gücümüzü bilirik və öz gücümüzə arxalanırıq. Mən bunu qeyd etmişəm, o cümlədən hərbi gücümüzü bilirik və aprel ayında döyüşlər zamanı hərbi potensialımızın ancaq kiçik bir hissəsi nümayiş etdirildi”, - Przident vurğulayıb.
Aprel hadisələrinin Ermənistan rəhbərliyi üçün yaxşı dərs olduğunu vurğulayan Prezident İlham Əliyev qeyd edib ki, bu, eyni zamanda, vasitəçilərə də, dünya ictimaiyyətinə də siqnal oldu. "Əgər kimsə fikirləşir ki, biz növbəti iyirmi il də mənasız danışıqlar aparacağıq, səhv edir. Biz mənasız danışıqlar aparmaq fikrində deyilik. İmitasiya naminə danışıqlar aparmayacağıq. Mənalı, məzmunlu danışıqlar dərhal, qeyd-şərtsiz başlanmalıdır. Əgər belə olarsa, məsələnin sülh yolu ilə həlli yaxınlaşa bilər” – deyə dövlətimizin başçısı bildirib.
BAKU.WS
Oxşar xəbərlər
İlham Əliyev: "Artıq vaxt çatıb"
"Dağlıq Qarabağ münaqişəsinin tez bir zamanda həll olunması ilə bağlı konkret addımların atılmasının vaxtı çatıb". ANS PRESS-in məlumatına görə, bunu Qafqaz M...