Pirotexniki vasitələrin qanunsuz satışına kim icazə verir? - VİDEO

Pirotexniki vasitələrin qanunsuz satışına kim icazə verir? - VİDEO
Video
Video 1408

BAKU.TV-nin “Xəbər” buraxılışında yayımlanan sujetdə qeyd olunur ki, yüksək səsyayıcı qabiliyyətə malik pirotexniki vasitələrin satışı ölkədə qadağan olunduğu halda bu cür mallar Sumqayıtda günün günorta çağı satışa çıxarılıb.

Müxtəlif ölçüdə, pirotexniki partlayıcı maddələri şəhərin mərkəzi bazarında, küçə və prospektlərində, əsasən əhalinin sıx olduğu yaşayış massivlərində piştaxtalarda rast gəlmək mümkündür.

Onların qanunsuz fəaliyyəti bu görüntülərdən də aşkar görünür.

Çəkiliş aparılab zaman özünü satıcı kimi göstərməyə çalışan şəxslər isə jurnalistlərə hər vəchlə maneə olmağa çalışdılar.

Qeyd edək ki, sakinlər də bu cür maddələrin satışından narazıdırlar.

Maraqlıdır ki, doğrudanmı hüquq-mühafizə orqanları partlayıcı maddələrin bu cür qanunsuz satışını görmür?! Üstəlik bu cür səyyar satış özü də qanunla qadağandır.

Məsələ ilə bağlı Sumqayıt şəhər İcra Hakimiyyətindən bildirildi ki, satıcıların icazə almışıq ifadəsi tamamailə yanlışdır. Bu məsələ ilə birbaşa polis orqanları məşğul olur.

Polis isə həmin şəxslərin qanunsuz fəaliyyət göstərdiyini bildirməklə kifayətləndi.

Dövlət Gömrük Komitəsinin məlumatına görə, qanunvericiliyə görə, partlayıcı maddə və qurğuların, eləcə də tezalışan maddələrin və pirotexniki vasitələrin mülki dövriyyəsi ölkə üzrə tam məhdudlaşdırılıb.

Yalnız xüsusi icazə əsasında idxalına yol verilən bu tip qurğu və maddələrin ölkə ərazisinə gətirilməsi, satışı qanunla qadağan olunub.

Bu cür malların satışı aşkarlandığı halda İnzibati Xətalar Məcəlləsinə əsasən cərimələr nəzərdə tutulub.

Lakin görünən mənzərə odur ki, qanunda deyildiyi kimi pirotexniki vasitələrin ölkə üzrə dövriyyəsi tam məhdudlaşdırılmayıb.

Son xəbərlər