Nazirliyə xəbər verən şəxslər mükafat alacaq (VİDEO)

Nazirliyə xəbər verən şəxslər mükafat alacaq (VİDEO)
Video
Video 8320

Vergidən yayınan şəxs haqqında Vergilər Nazirliyinə xəbər verən şəxslər mükafat alacaqlar. Mükafatın həcmi isə onların xəbər verdikləri şəxsin nə qədər vergidən yayınmasından asılı olacaq. Vergiyə ictimai nəzarətin tətbiqi vergidən yayınanların işini də çətinləşdirəcək.  

Vergidən yayınanlar barədə Vergilər Nazirliyinə xəbər verən şəxslər mükafatlandırılacaqlar. Bu, nazirliyin yeni həyata keçirməyə hazırlaşdığı ictimai məlumatlandırma adlanan mexanizmin tətbiqi ilə reallaşacaq. Vergilər Nazirliyinin Strateji Araşdırmalar Baş İdarəsinin şöbə müdiri Fəridi Nəbilinin sözlərinə görə, vergidən yayınma hallarına görə xəbər verən şəxslərin mükafatlandırılması onların verdiyi xəbərin önəmindən asılı olacaq.

Ən önəmli məqamlardan biri isə Vergilər Nazirliyinə vergidən yayınan şəxslər barədə məlumat verənlərin nə qədər mükafat alacağıdır. Nazirliyin şöbə müdirinin sözlərinə görə, müəyyən bir hədd qoyulacaq ki, ancaq bu məbləğdən yuxarı vergidən yayınanları aşkar edənlər mükafat alacaqlar. Mükafatın məbləği isə kifayət qədər yüksək olacaq.

Məlumatların nazirliyə çatdırılmasında isə ənənəvi və yeni olmaqla bütün əlaqə formalarından istifadə ediləcək.

Vergi ilə bağlı müraciət edən şəxslərin müraciətinə isə 30-60 gün ərzində baxılması planlaşdırılır. Nazirlik rəsmisinin sözlərinə görə, qısa zamanda mexanizmin təfərrüatları dəqiqləşəndən sonra onun tətbiqinə başlanacaq.

BAKU.WS

Son xəbərlər