Nazir müavinindən şou-biznes əhlinə xəbərdarlıq: "Cərimə olunacaqlar"
"Şou-biznes əhli də vergidən yayınan şəxslər sırasında idi. Biz bu il də onlarla bağlı tədbir gördük".
BAKU.WS məlumat verir ki, bunu jurnalistlərə açıqlamasında Vergilər nazirinin 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri Sahib Ələkbərov deyib. O bildirib ki, şou-biznes nümayəndələrinin aylqı gəlirləri hesablanır və onun əsasında onların ödəməli olduğu verginin məbləği müəyyənləşdirilir.
Sahib Ələkbərov şou-biznes nümayəndələrinin ödədiyi verginin məbləğini ictimaiyyətə açıqlanmasını qanuna zidd olduğu deyib:
"Biz bu il vergidən yayınan şou əhlinin adlarını açıqladıq. İlin sonunda onların vergi borclarının miqdarını da açıqlaya bilərik. Ancaq onların aylıq vergi borclarının miqdarı qanuna əsasən kommersiya sirri olaraq qalmalıdır. Onların çoxunun heç vöeni yox idi. Bu ildən etibarən onların hər biri yenidən qeydiyyatdan keçdi. Bundan sonra da ciddi nəzarət olunacaq. Vergidən yayınanacaq olan müğənni, rejisssor fərqi yoxdur cərimə olunacaq. Şou-biznes nümayəndələri, böyük məbləğ müqabilində toya gedən müğənnilər 50 manat vergi ödəyir. Amma səhər tezdən küçələri süpürən və bunun müqabilində 300 manat məvacib alan süpürgəçi qəpiyinə qədər vergi ödəyir. Ay ərzində 10 toya gedən, yüksək gəlir əldə edən vergi ödəmək istəmir".
BAKU.WS
Oxşar xəbərlər
Nazir müavini: "Nefti unudun"
"Nədənsə insanlarda belə bir fikir formalaşıb ki, Azərbaycanın dövlət büdcəsi neftfən gələn gəlirlərdən formalaşır". BAKU.WS məlumat verir ki, bunu jurnalistlə...