Nazir müşaviri: “Yeni əməkdaşlıq bəyannaməsinin ilk iclası Bakıda keçirilib” – VİDEO

18
mar
2019
16:55
“Bu gün Bakıda təşkil olunan OPEC+ ölkələri Nazirlərin Birgə Monitorinq Komitəsinin 13-cü iclası hazırda neft ixracında öhdəliklərin iclası ilə bağlı vəziyyəti təhlil etmək üçün keçirilir”.Bu barədə Energetika nazirinin müşaviri Zəminə Əliyeva BAKU.WS-ə açıqlamasında bildirib. Onun sözlərinə görə, bu tədbirin ölkəmiz üçün böyük əhəmiyyəti var. “Bu tədbir 2 aydan bir keçirilir. Yeni əməkdaşlıq bəyannamasinin ilk iclası da məhz Bakıda keçirilib. Dünya neft bazarında müşahidə olunan tendensiyalar və s. məsələlər müzakirə edilib”, - deyə Zəminə Əliyeva bildirib. Qeyd edək ki, bu gün Bakıda OPEC və qeyri-OPEC ölkələri Nazirlərin Birgə Monitorinq Komitəsinin (JMMC) 13-cü iclası keçirilir. İclasda 14 neft ölkəsi və OPEC Katibliyi yüksək səviyyədə təmsil olunur. Ziya SƏCCADHüseyn MəmmədsalahovBAKU.WS
Oxşar xəbərlər
OPEC+ nazirlərinin Birgə Monitorinq Komitəsinin növbəti iclasının günü və yeri məlum oldu
OPEC və qeyri-OPEC ölkələri Nazirlərinin Birgə Monitorinq Komitəsinin növbəti iclası may ayında keçiriləcək.BAKU.WS xəbər verir ki, bu barədə Bakıda OPEC və qey...