İlham Əliyev və xanımı Ərdoğanın yaxtasında (FOTO, VİDEO)

İlham Əliyev və xanımı Ərdoğanın yaxtasında (FOTO, VİDEO)
Video
Video 2075

 

İslam Əməkdaşlıq Təşkilatının XIII Sammitində iştirak etmək üçün Türkiyə Respublikasına işgüzar səfərdə olan prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Türkiyə prezidentinin qonağı olub.

BAKU.WS-in məlumatına görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan sammitdə iştirak edən dövlət və hökumət başçılarını Atatürkdən yadigar qalan "Savarona" yaxtasında qəbul edib. 

"Savarona" yaxtasında qonaqların şərəfinə ziyafət verən Ərdoğanın dəvətinə Azərbaycan prezidenti İlham Əliyev və xanımı, İƏT baş katibi İyad bin Emin Madani, Bəhreyn, Əfqanıstan, Malayziya, Kamerun, Livan, İordaniya, Özbəkistan, Əlcəzair, Qətər, Livya, Bosniya və Herseqovina, Belarus, Yəmən, Fil Dişi Sahili, Pakistan, Qvineya və Fələstinin dövlət başçıları və nümayəndələri qatılıb. 

Kuruçeşmedən başlayan yaxta səfəri təxminən 2 saat 15 dəqiqə davam edib.

Dövlət başçılarının dəniz səfərini fotolarını təqdim edirik: 

 

BAKU.WS

Oxşar xəbərlər

Ərdoğanla İlham Əliyev görüşdü

Ərdoğanla İlham Əliyev görüşdü

İstanbulda Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanla Azərbaycan Prezidenti İlham Əliyevin görüşü olub. Türkiyə prezidentinin rəsmi saytına istinadən xəbər veri...

1191 Siyasət 20:46 13 aprel 2016

Son xəbərlər