İlham Əliyev Gəncədə baş verən cinayətlərdən DANIŞDI (VİDEO)
13
iyl
2018
14:34
Gəncədəki qanlı cinayətlər dövlətçiliyimizə qarşı törədilmiş cinayətlərdir.BAKU.WS xəbər verir ki, bunu iyulun 13-də Azərbaycan Prezidenti İlham Əliyevin respublikanın hüquq-mühafizə orqanları rəhbərlərinin iştirakı ilə keçirilən iclasda deyib.Dövlət başçısı qeyd edib ki, iyulun 3-də və iyulun 10-da Gəncə şəhərində törədilmiş qanlı cinayətlər dövlətçiliyimizə qarşı törədilmiş cinayətlərdir:"Bu terror aktları nəticəsində iki polis əməkdaşı həlak olub. Yaralanan vətəndaşlarımız var, onların arasında Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı da olub. Allah şəhidlərimizə rəhmət eləsin, yaralananlara şəfa versin!"İlham Əliyev bildirib ki, bu cinayəti törədən terrorçu qruplaşma Azərbaycanda sabitliyi pozmaq istəyir: "Bu cinayətlərin əsas məqsədi bundan ibarətdir. Cəmiyyətdə gərginlik yaratmaq və cəmiyyətimizi qorxutmaq məqsədilə bu qanlı terror aktları törədilib".Prezident bildirib ki, bu terror aktları dini şüarlar altında törədilib: "Bu, özlüyündə İslam dininə qarşı ən böyük cinayətdir. Çünki İslam sülh dinidir, mərhəmət dinidir. Azərbaycan dövləti və Azərbaycan xalqı öz öz milli, dini dəyərlərini daim qoruyur. Azərbaycan İslam mədəniyyətini dünyada ən çox təbliğ edən ölkələrdən biridir. Bu cinayətlər cavabsız qalmır. Cinayətkarlar və onların arxasında dayananlar öz məkrli niyyətlərinə çata bilməyəcəklər. Bütün Azərbaycan xalqı bu qanlı cinayəti birmənalı olaraq pislədi, bu cinayəti törədənlərə öz nifrətini ifadə etdi. Azərbaycan dövləti də öz üzərinə düşən vəzifələri şərəflə yerinə yetirir. Cinayətkar dəstə zərərsizləşdirilib. Bu cinayətdə iştirakı olanların hamısı məsuliyyətə cəlb olunacaq. Hüquq-mühafizə orqanları qarşısında bu vəzifə qoyulub”.BAKU.WS
Oxşar xəbərlər
Gəncədə terrorda yaralanan polis dəhşətli anlardan danışdı - VİDEO
İyulun 10-da Gəncə şəhərində ictimai asayişi pozmağa cəhd göstərmiş radikal dini yönümlü bir qrup şəxsin xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarına...