İlham Əliyevin Ramiz Mehdiyevlə səmimi görüşü - VİDEO

24
okt
2019
10:56
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 23-də Ramiz Mehdiyevi qəbul edib və ona “Heydər Əliyev” ordenini təqdim edib.BAKU.WS xəbər verir ki, görüşdə danışan Ramiz Mehdiyev dövlət başçısına səmimi sözlər ünvanlayıb: "Siz Azərbaycan xalqının, dövlətinin şərəfli Prezidentisiniz. Öz dövlətimizə bütün səylərimizlə xidmət etməliyik və onu qorumalıyıq.Təşəkkür edirəm.Prezident İlham Əliyev: Sağ olun Ramiz müəllim. Mən də xoş sözlərə görə təşəkkür edirəm. Bir daha mükafat münasibətilə sizi təbrik edirəm.Ramiz Mehdiyev: Çox sağ olun, cənab Prezident".Daha sonra prezident İlham Əliyev Ramiz Mehdiyevlə qucaqlaşıb. Bu səmimi görüntülər sosial şəbəkələrdə də izləyicilərin rəğbətini qazanıb.
Oxşar xəbərlər
Prezident Ramiz Mehdiyevi yeni vəzifəyə təsdiq etdi - SƏRƏNCAM
Prezident İlham Əliyev Prezident Administrasiyasının rəhbəri vəzifəsindən azad etdiyi Ramiz Mehdiyevi yeni vəzifəyə təsdiq edib.BAKU.WS xəbər verir ki, Ramiz Ən...
