İlham Əliyev Sooronbay Jeenbekovu təbrik edib

30
avq
2019
17:55
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qırğız həmkarı Sooronbay Jeenbekovu təbrik edib. BAKU.WS xəbər verir ki, təbrik məktubunda belə deyilir: "Qırğız Respublikasının Prezidenti Zati-aliləri cənab Sooronbay JeenbekovaHörmətli cənab Prezident,Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.Əminəm ki, Azərbaycan ilə Qırğızıstan arasındakı ənənəvi dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın iradəsinə uyğun olaraq daim inkişaf edəcək və genişlənəcəkdir.Belə bir əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, qardaş Qırğızıstan xalqına sülh və rifah diləyirəm.Hörmətlə,İlham ƏliyevAzərbaycan Respublikasının PrezidentiBakı şəhəri, 28 avqust 2019-cu il".
Oxşar xəbərlər
Prezident İlham Əliyev Zelenskiyə məktub göndərdi
Azərbaycan Prezidenti İlham Əliyev Ukraynanın Prezidenti Zati-aliləri cənab Vladimir Zelenskiyə məktub ünvanlayıb.BAKU.WS xəbər verir ki, məktubda aşağıdakılar...
