Prezident İlham Əliyev Zelenskiyə məktub göndərdi

23
avq
2019
18:01
Azərbaycan Prezidenti İlham Əliyev Ukraynanın Prezidenti Zati-aliləri cənab Vladimir Zelenskiyə məktub ünvanlayıb.BAKU.WS xəbər verir ki, məktubda aşağıdakılar qeyd olunub:“Hörmətli cənab Prezident,Ukraynanın milli bayramı - Müstəqillik Günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.İnanıram ki, Azərbaycan-Ukrayna əlaqələri, ölkələrimiz arasındakı ənənəvi dostluq münasibətləri, ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlığımız xalqlarımızın qarşılıqlı mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və möhkəmlənəcəkdir.Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Ukrayna xalqına sülh və firavanlıq diləyirəm”.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Vladimir Putini təbrik edib
Prezident İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putini bu ölkənin dövlət bayramı münasibəti ilə təbrik edib.BAKU.WS-in məlumatına görə, təbrik...
