Prezident İlham Əliyev Vladimir Putini təbrik edib

Prezident İlham Əliyev Vladimir Putini təbrik edib
Siyasət 2
Prezident İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putini bu ölkənin dövlət bayramı münasibəti ilə təbrik edib.BAKU.WS-in məlumatına görə, təbrikdə deyilir:"Hörmətli Vladimir Vladimiroviç.Dövlət bayramınız – Rusiya Günü münasibətilə Sizi və Sizin şəxsinizdə dost Rusiyanın bütün xalqını Azərbaycan xalqı adından və şəxsən öz adımdan ürəkdən təbrik edirəm.Azərbaycan ilə Rusiyanı ənənəvi sıx dostluq, mehriban qonşuluq və əməkdaşlıq münasibətləri bağlayır. Sevindirici haldır ki, xalqlarımızın iradəsini əyani şəkildə ifadə edən bu münasibətlər indi strateji tərəfdaşlıq xarakteri kəsb edir. Ölkələrimizin ən geniş spektrli məsələlər üzrə qarşılıqlı fəaliyyəti xüsusi məmnunluq doğurur.Əminəm ki, Azərbaycan ilə Rusiya arasında hərtərəfli və çoxplanlı əməkdaşlıq xalqlarımızın və ölkələrimizin mənafeyi, regionda sülh, təhlükəsizlik və sabitlik naminə bundan sonra da durmadan inkişaf edəcək və möhkəmlənəcək.Hörmətli Vladimir Vladimiroviç, Sizə möhkəm cansağlığı, xoşbəxtlik və uğurlar, bütün rusiyalılara sülh və firavanlıq arzu edirəm".

Oxşar xəbərlər

Prezident İlham Əliyev Vladimir Putinə başsağlığı verib

Prezident İlham Əliyev Vladimir Putinə başsağlığı verib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə başsağlığı məktubu göndərib.BAKU.WS-in xəbərinə görə, başsa...

732 Digər 11:56 06 may 2019

Son xəbərlər