Prezident İlham Əliyevdən Ramiz Mehdiyevlə bağlı YENİ QƏRAR

Prezident İlham Əliyevdən Ramiz Mehdiyevlə bağlı YENİ QƏRAR
Siyasət 1402
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 iyul tarixli 779 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Təhlükəsizlik Şurasının tərkibi”ndə dəyişiklik edilməsi haqqında fərman imzalayıb. BAKU.WS xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb. Prezidentin fərmanında belə deyilir:"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 27-ci bəndini rəhbər tutaraq qərara alıram:Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 iyul tarixli 779 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Təhlükəsizlik Şurasının tərkibi”nə “Azərbaycan Respublikasının daxili işlər naziri;” sözlərindən sonra “Ramiz Ənvər oğlu Mehdiyev;” sözləri əlavə edilsin.İlham ƏliyevAzərbaycan Respublikasının PrezidentiBakı şəhəri, 23 oktyabr 2019-cu il".

Oxşar xəbərlər

Prezident bu müğənnilərə xalq artisti adı verdi - SİYAHI

Prezident bu müğənnilərə xalq artisti adı verdi - SİYAHI

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Azərbaycan Respublikasının estrada ifaçılarına “Xalq artisti” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb...

8084 Siyasət 17:02 21 oktyabr 2019

Son xəbərlər