Kriptovalyutanı necə əldə etmək olar? - VİDEO
28
dek
2017
08:24
Bitkoinin qısa müddətdə məşhurlaşması kriptovalyutalara marağı artırıb.Xezerxeber.az-ın məlumatına görə, bir çoxları qısa zamanda pul qoyub əlavə gəlir əldə etmək üçün kriptovalyuta almaq istəyir. Onlayn qaydada kriptovalyuta almaq üçün isə internetdə çoxlu saytlar mövcuddur. Ancaq ekspertlər bildirir ki, bu valyutaları alan zaman bəzi məqamlara diqqət edilməzsə, müxtəlif hesablara pul köçürülsə belə sonda əliboş qalmaq ehtimalı var.Əsas məsələlərdən biri isə hazırda daha çox hansı kriptovalyutalara vəsait yatırmağın səmərəli olmasıdır.Ekspert Qurbanəli Ömərin sözlərinə görə, hazırda bitkoindən başqa kifayət qədər yüksələn xətlə inkişaf edən kriptovalyutalar mövcuddur.Kriptovalyutalarla bağlı ən maraqlı məqamlardan biri isə bu valyutalarda əldə edilən vəsaitlərin necə nağdlaşdırılmasıdır.Ekspertin sözlərinə görə, kriptovalyutaların mövcud olduğu xarici birjalarda bu cür valyutaların alış-satış qiymətləri fərqlidir. Buna görə də diqqət etmək lazımdır ki, nağdlaşdırma zamanı ən yüksək kriptovalyuta məzənnəsi ilə satılsın.Mütəxəssisin sözlərinə görə, hazırda Azərbaycanda kriptovalyuta ilə bağlı faktiki tənzimləmə olmadığı üçün bu valyutaları vətəndaşlar bankdan əldə edə bilmirlər. Ancaq Türkiyədə hazırda kriptovalyutalar banklarda satışda var və onları əldə etmək daha asandır.Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:BAKU.WS
Oxşar xəbərlər
Bitkoin son 10 ayda 7 dəfə bahalaşıb
Qlobal bazarda aparacı virtual kriptovalyuta sayılan bitkoinin qiyməti bu gün 7 000 ABŞ dolları həddini ötüb.BAKU.WS "Report"a istinadən xəbər verir ki, bununla...