Halal kriptovalyuta yaradıla bilər
01
noy
2017
15:50
Rusiyada yaxın 2 il ərzində halal kriptovalyuta yaradıla bilər."Report" xəbər verir ki, bu açıqlamanı Müftilər Şurası Aparatının rəhbəri, İslam iqtisadiyyatı və maliyyəsi üzrə müşavir Mədinə Kalimullina verib.M.Kalimullinanın sözlərinə görə, rəqəmsal pulların göstəricilərinə baxsaq, onların halal olması da mümkündür: "Lakin şəriət standartları hələ bu sahəni əhatə etmir. Bu mövzu Rusiya islam cəmiyyətində, xüsusilə Qafqazda çox aktualdır. İslam iqtisadçıları bu mövzunu hər zaman müzakirə edilər".O bildirib ki, son zamanlar bəzi müsəlman ölkələrində kriptovalyuta birjaları yaradılıb. BƏƏ, Küveyt, Bəhreyn və S.Ərəbistanında "BitOasis", İndoneziyada "Bitcoin" və Malayziyada "Coinbox" fəaliyyətə başlayıb."Müsəlmanları ən çox narahat edən xüsusiyyət kriptovalyutanın vahid tənzimləyicisinin olmamasıdır", - deyə aparat rəhbəri qeyd edib.BAKU.WS
Oxşar xəbərlər
Vergilər Nazirliyi kriptovalyutalarla maraqlanmağa başladı
Blokçeyn texnologiyalarının vergi yığımlarında tətbiqi imkanları ekspertlərlə müzakirə edilib. Bu texnologiyaların müxtəlif sferalarda tətbiqini həyata keçirən...