Azərbaycanda "halal" otelin təqdimatı olacaq
Taylandda ölkənin, əsasən müsəlman turistlər üçün nəzərdə tutulmuş ilk "halal" hoteli istifadəyə verilib.
BAKU.WS-in Report-a istinadla verdiyi məlumata görə, "Al-Meroz" mehmanxanası Banqkokun müsəlmanların çoxluq təşkil etdiyi Ramxamxaenqe rayonu ərazisində yerləşir.
Yeni hoteldə 242 nömrə var və hələ ki, hotelin müsəlman müştəriləri ümumi ziyarətçilərin təqribən 50%-ni təşkil edir.
Hotel menecmenti tez bir zamanda Azərbaycan, Qazaxıstan və Özbəkistan kimi ölkələrdə səfər təqdimatları keçirməyi planlaşdırır.
Mehmanxanaya "halal" sertifikatı BƏƏ-nin "Gulf Halal Center" təşkilatı tərəfindən verilib.
BAKU.WS
Oxşar xəbərlər
Qəbələdə “Turizmin inkişafında KİV in rolu və funksiyası” adlı tədbir keçirildi
Azərbaycanda daxili turizmin inkişafına dəstək məqsədilə 20-21 fevral 2016 cı il tarixində Qəbələdə "Turizmin inkişafında KİV in rolu və funksiyası” adlı tədbir...