Karantin rejimindən sonra Bakıda insan izdihamı - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
İki günlük gücləndirilmiş karantin rejimindən sonra paytaxt Bakıda insan izdihamı yaşanıb.
BAKU.WS Xezerxeber.az-a istinadla xəbər verir ki, eyni anda yüzlərlə insan paytaxtın mərkəzi küçələrindən biri olan Nizami küçəsinə axın edib.
Küçədə hərəkət edənlər hansısa istiqamətə getmək üçün nəinki sosial məsafə saxlaya bilmir, bəzi hallarda hətta bir-birinə toxunaraq keçməli olurlar.
Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın açıqlamasına görə, koronavirusa yoluxma hallarının 50.2 faizi paytaxt Bakının payına düşür.
Xatırladaq ki, son günlər yoluxma sayında rəqəmlərin sürətlə çoxalması xəstəxanaların yükünü də artırır. Yoluxma sürəti bu cür davam edərsə, qısa zamanda bütün xəstəxanalar dolacaq və xüsusilə vəziyyəti ağırlaşan yaşlı, müxtəlif xəstəlikləri olan insanlar normal tibbi yardım ala bilməyəcəklər.
Oxşar xəbərlər
İlham Əliyev və Mehriban Əliyeva üç modul tipli xəstəxananın açılışını etdi - FOTO (YENİLƏNİB)
İyunun 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə üç modul tipli xəstəxananın açılışı olub. BAK...