Hərbi hava Qüvvələri helikopterləri havaya qaldırdı - VİDEO/FOTO

08
apr
2019
18:41
Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi döyüş hazırlığı planına əsasən, Hərbi Hava Qüvvələri (HHQ) helikopter bölmələrinin taktiki-uçuş məşqləri keçirilib.Müdafiə Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, aviasiya vasitələrinin ümumqoşun hissələrinə havadan atəş dəstəyinin həyata keçirilməsi üzrə tapşırıqlar icra edilib.Məşqlərin praktiki hissəsində bazalanma aerodromlarından uçuşlar edən helikopterlər poliqonlarda şərti düşmənin yer hədəflərini döyüş atışları ilə məhv ediblər.Taktiki-uçuş məşqləri zamanı qarşıya qoyulan tapşırıqlar helikopter ekipajları tərəfindən müvəffəqiyyətlə yerinə yetirilib.Döyüş atışlarının nəticələri yüksək qiymətləndirilib.BAKU.WS













Oxşar xəbərlər
Azərbaycan Ordusunun zenit-raket kompleksləri işə salındı – VİDEO
Müdafiə nazirinin təsdiq etdiyi 2018-ci il üçün döyüş hazırlığı planına uyğun olaraq Hava hücumundan müdafiə (HHM) bölmələrinin müxtəlif təlim mərkəzlərində keç...