Azərbaycan ordusunda həyəcan: uçan hədəflər məhv edildi (FOTO, VİDEO)

Azərbaycan ordusunda həyəcan: uçan hədəflər məhv edildi (FOTO, VİDEO)
Video
Hadisə 2862

 

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının qüvvə və vasitələri təlim çərçivəsində hazırlıq vəziyyətinə gətirilib.

Müdafiə Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, döyüş şəraitinə maksimal yaxın vəziyyətdə qəfil həyacan siqnalı ilə qaldırılan şəxsi heyətin döyüş qabiliyyəti, praktiki bacarığı, eləcə də döyüş vasitələrinin tətbiqi imkanları yoxlanılıb.

Təlim mərkəzində Hava Hücumundan Müdafiə Qoşunları tərəfindən döyüş tapşırığının yerinə yetirilməsi "Osa" 9A33BM-3 zenit-raket komplekslərinin istifadəsi ilə həyata keçirilib.

Şəxsi heyət hava məkanını pozan şərti düşməni aşkarlayaraq izlənməyə götürüb və təlim-döyüş tapşırığının yerinə yetirilməsi zamanı kiçik həcmli, aşağı yüksəklikdə, qrup halında uçan hədəflər raket zərbələri ilə dərhal məhv edilib.

Təlimdə qarşıya qoyulan vəzifə və tapşırıqlar müvəffəqiyyətlə yerinə yetirilib, şəxsi heyətin döyüş hazırlığı, bacarığı və qarşılıqlı fəaliyyəti Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən yüksək qiymətləndirilib.

 

BAKU.WS

Oxşar xəbərlər

Azərbaycanın döyüş helikopterləri səmaya qaldırıldı (FOTO)

Azərbaycanın döyüş helikopterləri səmaya qaldırıldı (FOTO)

Мüdafiə naziri general-polkovnik Zakir Həsənovun bilavasitə rəhbərliyi ilə Hərbi Hava Qüvvələri döyüş helikopterlərinin uçuş-taktiki təlimləri keçirilib. Müdaf...

993 Siyasət 14:12 11 noyabr 2015

Son xəbərlər