Azərbaycanın döyüş helikopterləri səmaya qaldırıldı (FOTO)

Azərbaycanın döyüş helikopterləri səmaya qaldırıldı (FOTO)
Siyasət 993

Мüdafiə naziri general-polkovnik Zakir Həsənovun bilavasitə rəhbərliyi ilə Hərbi Hava Qüvvələri döyüş helikopterlərinin uçuş-taktiki təlimləri keçirilib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, döyüş atışlı təlimlərdə Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov da iştirak edib. Təlimlərdə hərbi pilotlar şərti düşmənin müxtəlif obyektlərinin, hərəkət edən və hərəkətsiz zirehli texnikasının, o cümlədən digər hədəflərin aşkarlanması və müəyyən edilməsi üzrə normativ tapşırıqları yerinə yetiriblər. Eyni zamanda aviasiya texnikasını ehtiyat və əməliyyat aerodromlarına yerdəyişməsi üzrə yerüstü xidmətlərin hazırlıq fəaliyyəti də yoxlanılıb. Sonra idarə olunan aviasiya raketlərinin tətbiqi ilə müxtəlif hədəflərin məhv edilməsi icra olunub. Müdafiə naziri tərəfindən verilən tapşırıqlar helikopter ekipajları tərəfindən uğurla icra olunub və döyüş atışlarının nəticələri yüksək qiymətləndirilib. Ziya Səccad

BAKU.WS

Oxşar xəbərlər

Ordumuz qəflətən döyüş hazırlığı vəziyyətinə gətirildi (FOTO)

Ordumuz qəflətən döyüş hazırlığı vəziyyətinə gətirildi (FOTO)

Sentyabrın 11-də Komanda Qərargah Hərbi Oyunlarında döyüş atışları icra olunmaqla əsas mərhələ keçirilib. Müdafiə Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə...

2842 Hadisə 23:11 11 sentyabr 2015

Son xəbərlər