Əhaliyə şad xəbər: rayonlara da ikimərtəbəli qatarlar işləyəcək (VİDEO)
Artıq bölgələrə də 2 mərtəbəli müasir görkəmli və komfortlu qatarlar hərəkət edəcək.
Bununla bağlı dəmiryol vağzalına yeni qatarlar gətirilib. Bundan əlavə, yeni qatarların Bakı-Yalama istiqamətində də hərəkət edcəyi nəzərdə tutulur. Qatarlar tam olaraq ən son texnologiylarla idarə olunur. Qatarlarda sərnişinlərin rahatlığı üçün kondisioner və Wİ Fİ sistemi fəaliyyət göstərir.
Yeni qatarlarda gediş haqqı da fərqli olacaq. Bununla yanaşı, Bakı-Sumqayıt istiqamətində hərəkət edən qatarların 2 stansiyada dayanacaqları olacaq. Bu stansiyalarda da təmir işləri başlanılıb. Bu iki istiqamətə gedən sərnişinlər üçün də yeni tariflər müəyyənləşəcək.
Qeyd edək ki, Sumqayıt istiqamətində biletin qiyməti 80 qəpikdir.
BAKU.WS
Oxşar xəbərlər
Sabahdan metro yeni qrafiklə işləyəcək
Sabahdan Bakı Metropoliteninin qatarları yay qrafiki ilə hərəkət edəcək. Bu barədə BAKU.WS metropolitenin saytına istinadən məlumat verir. "Bakı Metropoliteni"...