Əhali kütləvi şəkildə kreditlərdən imtina edir (VİDEO)

Əhali kütləvi şəkildə kreditlərdən imtina edir (VİDEO)
Video
Video 1530

 

Azərbaycanda kommersiya bankları istehlak, biznes, lombard və sairə növ kreditləri bərpa etsələr də, yenidən çətin vəziyyətə düşüblər. İndi də müştəri tapa bilmirlər. Səbəb nədən ibarətdir və vətəndaşların banklara inamını necə bərpa etmək mümkündir, banklar assosiasiyası ilə araşdırdıq.

Bank sektorunda vəziyyət dəyişib. İndi pul var, amma kredit götürən yoxdur. Banklar Assosiasiyasının üzvü Cavanşir Abdullayevin sözlərinə görə, təkçə ötən həftədə Mərkəzi Bank kommersiya bankların 170 mln. manat vəsait ayırıb. Lakin banklar kredit veriləcək müştəri tapa bilmir. Bu vəziyyət istər istehlak, istərsə də biznes kreditləri sahəsində müşahidə edilir.

Nəzərə almaq lazımdır ki, kreditləri 25-29 faiz diapazonda təklif edir. Və məlum məsələdir ki, məhz bu fakt müştəriləri kredit almaqdan çəkindirir. Elə bunu nəzərə alaraq Banklar Assosiasiyasının üzvü kommersiya banklarını həm yenidən faizələrə baxmağa, həm də daha endirimli və cəlbedici kampaniyaları keçirməyə çağırır.

BAKU.WS

Son xəbərlər