Gəncədə evlərin zirzəmilərinə yağış suları dolub - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Mayın 5-i səhər saatlarından yağan intensiv yağışlar nəticəsində Gəncə şəhərində bəzi fərdi yaşayış evlərinin zirzəmilərinə, həyətyanı sahələrə, küçə və prospektlərə yağış sularının dolması ilə əlaqədar Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə müraciətlər daxil olub.
Bu barədə BAKU.WS-ə FHN-in Mətbuat xidmətindən məlumat verilib.
Müraciətlər əsasında Nazirliyin Gəncə Regional Mərkəzinin müvafiq canlı qüvvə və texnikası yağış sularının yığıldığı ərazilərə cəlb olunub. Görülən operativ tədbirlər nəticəsində əksər ərazilərdə suyun çəkilərək kənarlaşdırılması təmin edilib, bəzi ünvanlarda isə işlər hazırda davam etdirilir.
Xatırladaq ki, bu gün səhər saatlarından başlayaraq ölkə ərazisində hava şəraiti kəskin dəyişib, güclü külək respublikanın ayrı-ayrı bölgələrində intensiv yağıntılarla müşayiət olunub.
Oxşar xəbərlər
Respublika yollarındakı vəziyyətlə bağlı AÇIQLAMA
Bu gün Azərbaycan yollarında vəziyyətlə bağlı rəsmi açıqlama verilib. Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Anar...