Əlahiddə Ümumqoşun Orduda istismarda olan avtomobil texnikalarına baxış-müsabiqəsi keçirilib - VİDEO

Əlahiddə Ümumqoşun Orduda istismarda olan avtomobil texnikalarına baxış-müsabiqəsi keçirilib - VİDEO
Foto Video
Video 78

Müsabiqə zamanı istismarda olan hər növdə avtomobil texnikalarına gündəlik texniki xidmətin göstərilməsi ardıcıllığı yoxlanılıb.

Bu barədə BAKU.WS-ə Müdafiə Nazirliyindən məlumat verilib.

Müsabiqəyə müxtəlif markalı və təyinatlı minik avtomobilləri, mikroavtobus və avtobuslarla yanaşı, səhra şəraitində əsgərlərin yemək və su tələbatını ödəmək üçün təyin edilmiş arxa təminatı avtomobil texnika və qurğuları, səyyar soyuducular, səyyar tipli çörək zavodları, su çənləri və səhra mətbəxləri də cəlb edilib.

Ən yaxşı nəticəni göstərən hərbi hissələr baxış-müsabiqəsinin sonunda keçici nişanla mükafatlandırılıb.

Son xəbərlər