Dünyada unikal əməliyyatın ikincisi Bakıda keçirildi - VİDEO
Dünyada cəmi bir dəfə həyata keçirilən əməliyyatın ikincisi bu gün Bakıda baş tutub.
Söhbət anadangəlmə qulağı olmayan bir qız uşağına yeni bir qulağın qoyulmasından gedir. 14 yaşlı qızın anasının qabırğasından qığırdaqlar alınıb və qızının qulağının bərpa edilməsi üçün istifadə edilib.
BAKU.WS xezerxeber.az-a istinadən bildirir ki, əməliyyat bakıdakı özəl klinikaların birində həyata keçirilib.
Nadir əməliyyat Azərbaycanda ilk dəfə baş tutur.
Uşaqlarda bu qüsur əsasən ananın hamiləlik dövründə keçirdiyi infeksiyalardan və bir sıra başqa səbəblərdən yarana bilir.
Əməliyyat 3 mərhələdən ibarət olmaqla təxminən 6-7 saat müddətində həyata keçirilib və uğurla başa çatıb. Bu əməliyyatı keçirən pasiyentlərin qulağının tam sağalma dövrü 3 həftə ilə 6 ay arasında olur.
BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanda ilk dəfə ananın qabırğasından qulaq düzəldildi
Azərbaycanda ilk dəfə, dünyada isə ikinci dəfə olaraq bir uşağa anasından alınan qabırğa ilə yeni qulaq düzəldilib. BAKU.WS axşam.az-a istinadən xəbər verir ki...