Bakıda 14 yaşlı qızın üzərində unikal əməliyyat keçirilib
Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında 14 yaşlı qızın üzərində mürəkkəb tibbi əməliyyat icra edilib.
BAKU.WS-in məlumatına görə, klinikadan "Report”a verilən məlumata görə, son dərəcə mürəkkəb əməliyyat Tədris Cərrahiyyə Klinikasının Mama-ginekologiya şöbəsinin müdiri Turab Canbaxışov tərəfindən həyata keçirilib.
Onun sözlərinə görə, pasientin son bir ildə hər ay müntəzəm olaraq 3-5 gün çox şiddətli ağrıları olub, lakin menstrual qanaxma müşahidə olunmayıb: "Diaqnostik müayinələr zamanı pasientin anadangəlmə uşaqlıq yolunun qüsuru (tamamilə inkişaf etməməsi) aşkarlanıb. Hər ay menstrual qanaxmalar uşaqlıq yolu olmadığı üçün bayıra deyil, uşaqlıq boruları vasitəsilə daxilə, yəni qarın boşluğuna gedirmiş və ciddi ağrılara səbəb olurmuş”.
Mama-ginekologiya şöbəsinin müdirinin sözlərinə görə, bu qüsura 10 mindən bir qız uşağında rast gəlinir. Belə xəstələrdə eyni zamanda, ürək və böyrək qüsurları ehtimalları da artır. Lakin bu pasientin səhhətində başqa problem olmayıb.
Həkimin dediyinə görə, 3 saat davam edən əməliyyat fəsadsız keçib və süni uşaqlıq yolu yaradılıb: "Uşaqlıq yoluna müvəqqəti olaraq xüsusi balonlar yerləşdirilib. Uşaqlıq yolu inkişaf etmədiyi üçün qonşu orqanlar - sidik kisəsi və düz bağırsaq bir-biriylə bitişik halda idi və aralarını bu orqanlara zərər vermədən ayırmak xüsusi diqqət və təcrübə tələb edirdi. Gələcəkdə, yetkin yaşında, uşaqlıq yolunun korreksiyası üçün pasienti növbəti əməliyyat gözləyir”.
Hazırda 14 yaşlı pasientin vəziyəti yaxşıdır və artıq xəstəxanadan evə buraxılıb.
BAKU.WS
Oxşar xəbərlər
Bakıda üçəm doğuldu - FOTOLAR
Bu gün Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında üçəm körpələr dünyaya gəlib. Tədris Cərrahiyyə Klinikasının I mama-ginekologiya ka...