DİQQƏT! Mobil telefonlar mikrob daşıyıcısıdır - VİDEO

DİQQƏT! Mobil telefonlar mikrob daşıyıcısıdır - VİDEO
Video
Video 1602
Həyatımızın ayrılmaz hissəsinə çevrilən mobil telefonlar ən böyük mikrob daşıyıcısıdır. Mütəxəssislərin tədqiqatları nəticəsində məlum olub ki, mobil telefonların üz səthindəki mikrobların sayı tualetdə olanlardan 5 dəfə çoxdur. Telefonda adətən üz səthini yalnız barmaq ləkələrindən təmizləmək üçün quru dəsmaldan istifadə olunur. Beləliklə də, telefonun korpusunda mikroblar üçün həmişə münbit şərait hökm sürür. Araşdırmalar zamanı telefonun səthində xoşagəlməz xəstəliklər törədən mikroblar aşkar edilib. Hətta mobil telefonlarda qızılı stafilokok bakteriyası da aşkarlanıb. Qızılı stafilakok orqanizmdə gizlənərək əlverişli şəraiti - immun sisteminin zəifləməsini gözləyir. Bu zaman o, həyat üçün təhlükəli ağciyər sətəlcəmi, endokardit, toksiki şok sindromu və sepsis kimi hallara səbəb ola bilir. Həkimlər telefonu həftədə ən azı bir dəfə, mümkün olduqda isə hər gün antibakterial dəsmallarla təmizləməyi məsləhət görürlər. Mütəxəssislər də bildirirlər ki, mobil telefonun ekran və digər hissələrini silmək üçün müxtəlif antiseptik vasitələrdən, o cümlədən də spirtdən istifadə etmək məsləhətdir. Lakin bu zaman diqqətli olmaq lazımdır. Həkimlər başqasının mobil telefonundan mümkün qədər az istifadə etməyi məsləhət görürlər. Xezerxeber.az mövzu ilə bağlı daha ətrafl videomaterialı təqdim edir: BAKU.WS

Son xəbərlər