Bu yolda "təcili yardım" maşınında xəstə ölür - 4 rayonu birləşdirən bərbad yol - VİDEO

Bu yolda təcili yardım maşınında xəstə ölür - 4 rayonu birləşdirən bərbad yol - VİDEO
Video
Video 344
Kürdəmir, Ağdam, Zərdab və Ağcabədi rayonlarını birləşdirən Kürdəmir-Zərdab avtomobil yolu keçilməz hala düşüb. Bu da mütəmadi olaraq həmin yoldan istifadə edən sakinləri narahat edir.BAKU.WS "Report"a istinadla xəbər verir ki, vaxtilə keçmiş Nəqliyyat Nazirliyinin balansında olan bu yol 3 il bundan əvvəl nazirlik tərəfindən əsaslı təmir olunub:"Tələm-tələsik təmirdən çıxan yol nişansız, işarəsiz istifadəyə verildi. Üstündən bir neçə ay keçməmiş yolda nə təmirdən, nə də asfaltdan əsər-əlamət qalmadı. Yol tamamilə sıradan çıxaraq əvvəlki yararsız vəziyyətini aldı.Bu yolun bərbad vəziyyətdə olması səbəbi ilə ötən il "təcili yardım" avtomobilə ilə Zərdab Rayon Mərkəzi Xəstəxanasından (RMX) Kürdəmir RMX-ə gətirilən xəstə yolda ölüb. Bundan başqa burada tez-tez yol-nəqliyyat hadisələri baş verir". Qeyd edək ki, yolun uzunluğu 60 kilometr, eni isə 6 metrdir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər