Kürdəmirdə yol qəzası olub, xəsarət alanlar var - VİDEO

Kürdəmirdə yol qəzası olub, xəsarət alanlar var - VİDEO
Video
Hadisə 1133
Kürdəmirdə xəsarətlə nəticələnən yol qəzası baş verib.BAKU.WS "Report"a istinadla xəbər verir ki, hadisə rayonun Ağsu-Kürdəmir-İmişli yolunun Çöl-Ərəb kəndindən keçən hissəsində qeydə alınıb."Mercedes" markalı avtomobil Kürdəmir istiqamətində hərəkətdə olarkən gözlənilmədən onun qarşısına iribuynuzlu heyvan çıxıb. Nəticədə sürücü nəqliyyat vasitəsinə idarəetməni itirib və avtomobil yolun kənarına aşıb. Hadisə zamanı sürücü və yanında olan sərnişin müxtəlif növ bədən xəsarətləri alıblar. Yaralılar təcili tibbi yardım maşını vasitəsilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.Fakt araşdırılır.

Oxşar xəbərlər

Kürdəmirdə zəncirvari yol qəzası olub

Kürdəmirdə zəncirvari yol qəzası olub

Kürdəmir rayonunun H.Əliyev prospektində zəncirvari yol qəzası baş verib.BAKU.WS "report"a istinadən xəbər verir ki, yerli sakin Asim Azayev "Mercedes" markalı...

570 Hadisə 14:00 04 avqust 2019

Son xəbərlər