Bu gündən pensiyalar artır - Minimum 200 manat olacaq - VİDEO
01
okt
2019
08:02
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Bu gündən əmək pensiyasının minimum məbləğı 200 manat olacaq. Bu artım 660 min nəfərə şamil edilir. Bununla da ilin əvvəlindən bu yana pinimum pensiya 72 faiz artıb.Bu gündən minimum pensiya 200 manat olacaq.Dövlət Sosial Müdafiə Fondunun Pensiya Təminatı Şöbəsinin müdiri Eyvaz İsmayılovun sözlərinə görə, bu, il ərzində həyata keçirilən 3-cü pensiya artımıdır.Mart ayının 1-dən isə minimum pensiya 160 manata çatdırılıb. 40 faizlik bu artım 233 min nəfərə şamil olunub. İyun ayında da əmək pensiyasının minimum məbləğinin 200 manata çatdırılması ilə bağlı prezident İlham Əliyev tərəfindən irəli sürülən qanunvericilik təşəbbüsü parlamentə göndərilərək qəbul olunub. Bununla da ilin əvvəlindən bu yana pinimum pensiya 72 faiz artıb.Pensiyaçılar oktyabr ayının pensiyasını yeni məbləğlə alacaqlar.
Oxşar xəbərlər
ŞAD XƏBƏR - 660 min şəxsin pensiyası artıb
Prezident İlham Əliyevin təsdiqlədiyi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qa...