"Bakıya gedirəm" deyib evdən çıxdı - 7 gündür xəbər yoxdur - VİDEO
24
fev
2019
09:22
Goranboyda yaşayan gənc Bakıya gəlmək adı ilə evdən çıxıb və Gəncəyə gedib. Həmin gündən sonra isə onunla əlaqə saxlamaq mümkün olmayıb. Həmin gənc Bakı Dövlət Universitetinin birinci kurs tələbəsidir.1-ci kurs tələbəsi gənc itkin düşüb.Goranboyun Qaraçinar kənd sakini, Bakı Dövlət Universitetinin 1-ci kurs tələbəsi Mais Qurbanov 1 həftəyə yaxındır ki, tapılmır. Hüquq fakultəsinin tələbəsi olan Mais fevralın 17-də tətil bitdiyindən paytaxta qayıtmağa qərar verib. O, atasına Gəncəyə gedib oradan Bakıya yollanacağını bildirib. Günorta saatlarında yaxınları Maisə zəng vursalar da, ona zəng çatmayıb.İtkin düşən Mayis Qurbanov 667 balla ali məktəbə qəbul olub. Oxuduğu müddət ərzində 3 dəfə yaşadığı Goranboya gəlib qayıtsa da, sonuncu dəfə paytaxta getməyib. Tanışları bir neçə dəfə Maisi gördüklərini desələr də, heç biri öz təsdiqini tapmayıb.Tələbənin itkin düşməsi ilə bağlı polisə də müraciət edilib.BAKU.WS
Oxşar xəbərlər
31 yaşlı qadın ərini axtarır
Ötən gün Lənkəranda 31 yaşlı qadın polisə şikayət edərək ərinin yoxa çıxdığını bildirib.BAKU.WS xəbər verir ki, Lənkəran şəhər sakini 1988-ci il təvəllüdlü Rami...