Bakının bu ərazisində evlər sökülür – VİDEO

Bakının bu ərazisində evlər sökülür – VİDEO
Video
Video 3995
Bura “Bakının Şanxay”ıdır. Dəmir yolunun kənarındakı bu qəsəbə 1 küçədən ibarətdir. Bakılılar buranı Şanxay kimi tanıyır. Buranın belə adlandırılmasının əsas səbəbi isə evlərin sıx yerləşməsidir.BAKU.WS ARB TV-yə xəbər verir ki, buranın ilk sakinləri 1950-ci illərin sonlarında Keşlə qəsəbəsində fəaliyyət göstərən beton zavodunun işçiləri olub.İkinci köç isə 1990-cı illərin əvvəllərində reallaşıb. Müharibə səbəbindən evlərindən didərgin düşənlərin üz tutduğu yaşayış ərazilərindən biri də bura olub.Müstəqillik dövrünün ilk illərində kənddən şəhərə üz tutanlar da artdıqca bu yerdə dəmir yoluna yaxın evlərin sayı çoxalmağa başlayıb.Tikililərin xəttdə çox yaxın yerləşməsi səbəbindən həyatını itirənlər də az olmayıb. Evlərin arasıyla hərəkət edən qatarlar uzun müddət sakinlərin kabusuna çevrilib.Buradakı vəziyyət nəzərə alınaraq evlərin söküntüsünə də başlanılıb. Bir müddət əvvəl dayandırılan söküntü işləri sakinlərin bir qismini narazı salıb.“Azərbaycan Dəmir Yolları” QSC-dən öyrəndik ki, dəmir yolunun mühafizə zolağında yerləşən 476 qeyri-qanuni tikilinin əksəriyyəti sökülüb.21 evin söküntüsü isə müəyyən səbəblərdən gecikir. Lakin bu məsələnin həllinin tapılması üçün işlər davam etdirilir.Qonşularını yola salan, özləri qalan 21 ailənin də evləri söküləcək. Beləliklə “Bakının Şanxayı” tarixə qovuşacaq.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Ağsuda zəlzələdən dağılan 16 ev tikilərək ailələrə təhvil verilib

Ağsuda zəlzələdən dağılan 16 ev tikilərək ailələrə təhvil verilib

Ağsu rayonunda baş verən zəlzələ nəticəsində qəzalı vəziyyətə düşən evlərin yenidən tikilməsi prosesi davam edir.Ağsu Fövqəladə Hallar Komissiyasından verilən m...

594 Sosial 21:39 04 iyul 2019

Son xəbərlər