Bu qəsəbədə evlərin qapısı ölümə açılır: Bakının "Şanxayı"ndan REPORTAJ (VİDEO, FOTO)

19
avq
2017
09:44
Bakıda qeyri-rəsmi "Şanxay" adlanan küçə var. Bu küçənin belə adlanmasının səbəbi tikilmiş "gecəqondu"ların sıxlığı, evlərin iç-içə olmasıdır. Evlər birbaşa dəmir yoluna açılır. Burada uşaq böyütmək həqiqətən çox risklidir. Çünki uşaqlar relslərin arasında oynayır. Bir evdə baş verənlər digərində açıq eşidilir. Messinin formasını daşıyan 4-cü sinif şagirdi Elgün qatarın səsindən gecələr yata bilməməsini və dərs oxumağa maniə olmasını deyib. Artıq "Şanxay"da evlərin qeydiyyata alınmasına başlanılıb. Qeydiyyata alınan evlərin ümumi yaşayış sahəsi ölçülür. Sentyabrdan evlərin sökülməsinə başlanılacağı gözlənilir. Və Bakının "Şanxay"ı tarixə qovuşacaq. Qəsəbədən fotoları və videoları təqdim edirik: TuncayBAKU.WS 



























































Oxşar xəbərlər
Bakının bu qəsəbəsi tamamilə söküləcək
Yaxın günlərdə Keşlədəki "Şanxay” adlanan ərazinin, yəni Nizami rayonu, P.Fərzəliyev küçəsindəki evlərin söküntüsünə başlanılacaq. BAKU.WS-in məlumatına görə,...
