Bakı meriyası sakinlərin həyatını belə təhlükəyə atır – VİDEO

Bakı meriyası sakinlərin həyatını belə təhlükəyə atır – VİDEO
Video
Video 1005
Son günlər Bakı meriyası tullantılarının yığılması, daşınması və çeşidlənməsi layihəsinə başlanılsa da, problemlər həll edilmir.Əksinə mövcud problemlərin üstünə əlavə çətinliklər gəlir.Bu qənaətə gəlməyimizə səbəb şəhər sakinlərinin kütləvi şikayət etməsidir.Növbəti şikayət Bakının Nərimanov rayonundandır. Rayon sakinləri BAKU.WS-in “qaynar xətti”nə şikayət edərək bildirib ki, zibil qutuları təhlükəli yerlərə qoyulub.Belə ki, Bakının Nərimanov rayonunda Ayna Sultanovda qoyulan zibil yeşiklərinin yeri dəyişdirilib.İcra hakimiyyətinin işçiləri zibil qutularını düz yolun ortasına qoyublar. Bu da, ərazidə yaşayanların həyatını təhlükəyə atır.İnsanlar tullantılarını zibil qutularına atmaq üçün maşın yolunun ortasında dayanmalıdırlar. Bununla da, sürətlə keçən maşınlar insanları vura bilər.Ərazidəki görüntüləri təqdim edirik:Ziya SƏCCAD
Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Sakinlər yeni zibil yeşiklərindən niyə istifadə edə bilmirlər? - VİDEO

Sakinlər yeni zibil yeşiklərindən niyə istifadə edə bilmirlər? - VİDEO

Bakıda şəhər tullantılarının yığılması, daşınması və çeşidlənməsi layihəsinə start verilib. Böyük Britaniyanın “Mott McDonald” şirkəti ilə həyata keçirilən layi...

1424 Video 15:47 11 iyul 2019

Son xəbərlər