Bakıda yeni dəmiryol şəbəkəsi yaradılır - 23 yeni stansiya tikiləcək - VİDEO
09
mar
2018
09:25
Bakıətrafı dəmiryol xəttinin çəkilməsi, əsaslı təmiri ilə bağlı 100 milyon manat vəsaitin ayrılması ilə qısa zamanda bu xəttin inşasına başlanılacağı planlaşdırılır.Bununla da Bakının nəqliyyat sistemində bir sıra müsbət dəyişikliklər olacaq.Bundan başqa, dəmiryol şəbəkəsinin keçdiyi ərazilərdə dövlət satınalması həyata keçiriləcək.Prezident İlham Əliyevin Bakı şəhər ətrafı dəmiryol xəttinin inşası ilə bağlı sərəncamında Abşeron yarımadasında mövcud dəmiryolu xətlərinin yenidən qurulması və dəmiryolu şəbəkəsinin təkmilləşdirilməsi xüsusi əhəmiyyət kəsb edir.Bakı şəhər ətrafı dəmiryolu xətti Bakıxanov, Zabrat-1, Zabrat-2, Pirşağı, Fatmayı, Novxanı stansiyalarından keçəcək. Bundan başqa, bu xətti Maştağa qəsəbəsində Bağlar istiqamətində uzatmaq planlaşdırılır. Digər xətt Zirə qəsəbəsinin yaxınlığındakı Dübəndi stansiyasınadək uzadılacaq. Əvvəllər orada Pirallahınadək dəmir yolu olub. Daha bir xətt Binə qəsəbəsinədək çəkiləcək və Heydər Əliyev Beynəlxalq Hava Limanına dəmir yolu məsələsi həll olunacaq. Sabunçu stansiyasından başlayacaq işlər çərçivəsində 23 yeni dəmiryol stansiyasının inşa edilməsi planlaşdırılır.Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:BAKU.WS
Oxşar xəbərlər
Bakıətrafı dəmir yolu xətti bərpa olunur - 100 milyon manat ayrılıb
Azərbaycan prezidenti İlham Əliyev Bakı şəhərətrafı dəmir yolu xəttinin layihə-smeta sənədlərinin hazırlanması, əsaslı təmiri və tikintisi ilə bağlı tədbirlər h...