Azərbaycanda 10 tibb müəssisəsi ləğv olunub - SİYAHI

Azərbaycanda 10 tibb müəssisəsi ləğv olunub - SİYAHI
Sosial 1146
 

 

"Azərbaycan Dəmir Yolları" QSC-nin tabeliyində fəaliyyət göstərən bir neçə təşkilat ləğv olunub. 

"APA-Economics" "Vergilər" qəzetinin xüsusi buraxılışına istinadən xəbər verir ki, "Azərbaycan Dəmir Yolları" QSC-nin Həkim-Sanitar Xidmətinin tabeliyində fəaliyyət göstərən Gəncə Dəmir Yolu Gigiyena və Epidemiologiya Mərkəzi, Yevlax Dəmir Yolu Ambulatoriyası, Kürdəmir Dəmir Yolu Ambulatoriyası ləğv olunduqlarını elan ediblər. 

Bununla yanaşı, "Azərbaycan Dəmir Yolları" QSC-nin Həkim-Sanitar Xidmətinin Taun Əleyhinə Stansiya da ləğv olunub.

 

Əlavə olaraq, Lənkəran Dəmiryol Ambulatoriyası, Ucar Dəmiryol Ambulatoriyası, Mincivan Dəmiryolu Xəstəxanası, Hacıqabul Dəmiryolu Xəstəxanası, Salyan Xətt Xəstəxanası, İmişli Dəmir Yolu Epidemiologiya Gigiyena Mərkəzi də ləğv edilib.

BAKU.WS

Oxşar xəbərlər

Azərbaycanda 10 xəstəxana bağlandı

Azərbaycanda 10 xəstəxana bağlandı

Maliyyə Nazirliyinin 17 noyabr 2016-cı il tarixli məktubuna əsasən yanvarın 1-dəm "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin tibbi xidmət göstərən m...

2410 Sosial 08:53 08 fevral 2017

Son xəbərlər