Bakıda telefon mağazasında gizli dollar satışı (VİDEO)
Bakıda telefon dükanı adı aldında valyuta dəyişir... Lisensiyası ləğv edildiyindən məntəqəni kiçik bir telefon mağazasına çevirib. Cəmi bir neçə telefon olan mağazanın fəaliyyət istiqaməti isə əslində fərqlidir.
Mərkəzi Bank tərəfindən ölkədəki valyutadəyişmə məntəqələrinin lisenziyaları ləğv edildiyindən o, belə üsula əl atıb. Telefon dükanı kimi qələmə verdiyi mağazada valyuta dəyişir. Çəkiliş etdiyimizi görəndə isə dolların məzənnəsini göstərən yazını sökür.
Qara Qarayev prospektində Neftçilər metrostansiyasının yaxınlığında qanunsuz yolla fəaliyyət göstərən daha bir valyutadəyişmə məntəqəsi var. Oranın sahibi isə fəaliyyətini gizlətmək üçün çöl lövhəyə məzənnə vurmayıb.
Məntəqəyə daxil olduqda görünür ki, həm yerdə, həm də elektron lövhədə dollar, avro və rublun məzənnəsi yazılıb. Halbuki, valyuta mübadilə əməliyyatları qanunvericiliyə uyğun olaraq bankların baş ofisində, filial və şöbələrində, eləcə də ödəniş terminallarında həyata keçirilməlidir.
Kameranı gördükdə isə pəncərəni bağlayaraq gizlənməyə çalışır.
Şahidlərin sözlərinə görə, bu valyutadəyişmə məntəqələri günün pik saatlarında fəaliyyət göstərirlər. Sahibləri həbs olunmaqdan qorxduqları üçün digər vaxtlarda qapını bağlı saxlayırlar.
Maliyyə Bazarlarına Nəzarət Palatasından verilən məlumata görə, belə fəaliyyət qanunsuzdur. Valyuta mübadiləsi əməliyyatları yalnız bankların baş ofisində, filial və şöbələrində, eləcə də ödəniş terminallarında həyata keçirilməlidir.
"Biz həmin məntəqələrlə bağlı araşdırma aparıb, hüquq mühafizə orqanlarına xəbər verəcəyik",- deyə məlumatda bvildirilib.
"Xəzər Xəbər” mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:
BAKU.WS
Oxşar xəbərlər
Bakıda qeyri-qanuni valyutadəyişmə məntəqəsini kim himayə edir? (FOTO)
Bakıda qeyri-qanuni fəaliyyət göstərən valyutadəyişmə məntəqəsi var. Bu ilin əvvəlində Mərkəzi Bank tərəfindən ölkədəki valyutadəyişmə məntəqələrinin lisenziyal...