Bakıda “Range Rover”lə "protiv" gedən sürücü görün kim imiş - FOTO-VİDEO

Bakıda “Range Rover”lə protiv gedən sürücü görün kim imiş - FOTO-VİDEO
Video
Video 16959
Paytaxtın Ziya Bünyadov prospektində əks istiqamətə çıxıb axına qarşı hərəkət edərək digər hərəkət iştirakçılarına qəza şəraiti yaradan 99-XU-095 qeydiyyat nişanlı "Range Rover" markalı avtomobilin sürücüsünün görüntüləri Avtosfer.az saytında yayılmışdı. Görüntüləri izləyən Nərimanov rayon DYP Şöbəsinin əməkdaşları dərhal sürücünü aşkar ediblər. Qayda pozan sürücü 1992-ci il təvəllüdlü Məmmədov Orxan Əmrah oğludur. İnzibati araşdırma zamanı məlum olub ki, o, 99-XU-095 qeydiyyat nişanlı "Range Rover" markalı avtomobili kirayə götürərək idarə edib. O, dostunun toy karvanında hərəkət edən zaman qarşı yola çıxıb və bəy-gəlin maşınının qarşısını kəsərək 50 manat “şirinlik” alıb.Sürücü törətdiyi xətaya görə İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsi ilə 4 bal 100 manat məbləğində cərimələnib. O, törətdiyi əmələ görə peşman olduğunu və gələcəkdə belə hərəkət etməyəcəyəni bildirib.BAKU.WS
Bakıda “Range Rover”lə
Bakıda “Range Rover”lə
Bakıda “Range Rover”lə
Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər