Azərbaycanlı qaraçı: Onalara daha çox pul verilir - VİDEO

Azərbaycanlı qaraçı: Onalara daha çox pul verilir - VİDEO
Video
Video 1483
Qaraçılar köçəri xalqlardan biridir. Qaraçıların özlərinə məxsus adət-ənənələri vardır ki, bunlar heç bir xalqa mənsub deyil.Qədimdə qaraçılar ailə qurarkən qızlar bir qayda olaraq yalnız qaraçı tayfasından olan oğlanlara ərə gedə bilərdilər. Qaraçı oğlanları isə başqa millətin nümayəndəsi ilə nadir hallarda evlənə bilərdi. Qaraçılar ailə məsələsində qan qohumluğu əlamətlərini hər şeydən üstün tuturlar. Qaraçılar Azərbaycanda yaşayan azsaylı xalqlardan biridir. 2014-cü ilin qeyri-rəsmi statistikasına əsasən, Azərbaycanda yaşayan qaraçıların ümumi sayı 10 min nəfərə yaxındır. Onların çoxu Yevlax rayonunda məskən salıblar. Əslən qaraçı nəslindən olub Bakıda yaşayan Yaşar Qasımov Baku.TV-yə müsahibəsində deyib ki, Azərbaycanda özünü “qaraçı” kimi qələmə verənlər az deyil. Onlar daha çox dilənmək məqsədilə bunu edirlər. Çünki “qaraçılara” daha çox pul verilir. Onun sözlərinə görə, Azərbaycanda qaraçıların daha çox “qara” olduğunu hesab etdikləri üçün onun qaraçı olduğuna heç kim inanmır. BAKU.WS

Son xəbərlər