Azərbaycanda "donuz qripi" təhlükəsi varmı? - AÇIQLAMA (VİDEO)

Azərbaycanda donuz qripi təhlükəsi varmı? - AÇIQLAMA  (VİDEO)
Video
Video 827
Gürcüstanda "donuz qripi" virusundan ölənlərin sayının 13 nəfərə çatması ilə bağlı xəbərlər bu ölkə ilə sıx gediş-gəlişi olan Azərbaycanda narahatlıqla izlənir. Ancaq ölkəmizdə müvafiq rəsmi qurumlar mümkün riskə qarşı ciddi tədbirlərin görüldüyünü deyirlər.BAKU.WS xəbər verir ki, Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva Xəzər TV-yə müsahibəsində hazırda Azərbaycanda vəziyyətin sabit olduğunu bildirib. Oktyabr ayından etibarən 280-dən yuxarı insandan nümunə götürülüb və hər hansı təhlükəli virus aşkar olunmayıb. Ancaq yoluxma baş verərsə və viruslu insan qeydə alınarsa, bunun üçün Bakıda Ağciyər Xəstəlikləri İnstitutu, Kliniki Tibbi Mərkəz və 7 saylı Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasında xüsusi palatalar hazırlanıb. Bununla belə, Afaq Əliyevan bəzi tövsiyələr də verib."Donuz qripi"nin əlamətlərinə gəlincə, Afaq Əliyeva deyib ki, adi respirator qripdən fərqli olaraq, pandemik qrip daha ağır şəkildə olur.Afaq Əliyevanın sözlərinə görə, xüsusilə azyaşlı uşaqlar, yaşlı insanlar və xroniki xəstəlikləri olanlar risk qrupuna daxildir."Donuz qripi" virusuna yoluxmamaq üçün insanların sıx olduğu yerlərdə uzun müddət qalmamaq və qrip virusu olan insanlarla yaxın təmasda olmamaq lazımdır. Bundan əlavə, şübhəli əlamətlər hiss etdikdə həkim nəzarəti olmadan hər hansı dərman qəbul etmək də məsləhət deyil.Afaq Əliyeva onu da bildirib ki, "donuz qripi" xəstəliyinin əsas yoluxma mənbəyi insanlar və heyvanlar - yəni donuzlardır. Bu virus hava-damcı yolu ilə yoluxduğundan qida məhsullarından keçmək riski çox deyil. Nəzarət tədbirləri çərçivəsində Azərbaycanda donuzçuluq təsərrüfatında olan donuzlar arasında da peyvəndləmə işləri aparılıb. Heyvanlar arasında da virusla yoluxma aşkar ediləməyib.BAKU.WS

Son xəbərlər