Azərbaycanclı deputat erməniləri susdurdu (VİDEO)

Azərbaycanclı deputat erməniləri susdurdu (VİDEO)
Video
Video 1164

 

"Biz münaqişənin təcili surətdə Azərbaycanın ərazı bütövlüyü çərçivəsində həllini istəyirik, biz münaqişənin sülh yolu ilə həllini istəyirik, biz regionda bütün xalqların xoşbəxt və inkişaf edərək birgə yaşamasını istəyirik”.

BAKU.WS-in məlumatına görə, bunu Almaniyanın Laynsvayler şəhərində ATƏT-in Parlament Assambleyası (PA) çərçivəsində münaqişələrin həllinə həsr olunan seminarda millət vəkili Tahir Mirkişili çıxışı zamanı deyib.

"Hörmətli Almaniya nümayəndə heyətininin rəhbəri, xanım Barnett!

İlk öncə sizə "Avropada yüksək muxtariyyət statusuna malik Cənubi Tirol modeli əsasında konfliktlərin həlli" ilə bağlı maraqlı tədbirin təşkilatçılığna görə dərin minnətdarlığımı bildirirəm! Doktor Klaus Beckerin daxili muxtariyyət statuslu xalqların necə birgə yaşayaraq inkişafa nail olduğunu göstərən təqdimatı da yüksək səviyyədə oldu.

Azərbaycan nümayəndə heyəti bu dəvəti qəbul edərkən və uzun məsafə qət edərək bu tədbirə gələrkən məqsədimiz Dağlıq Qarabağ münaqişəsinin həlli modelinin beynəlxalq norma və standartlara uyğun olan ölkəmizin mövqeyini bir daha hər kəsin diqqətinə çatdırmaq və bu prinsiplərin əslində bir çox hallarda Avropda münaqişələrin həlli modelləri ilə oxşarlıq təşkil etdiyini göstərməkdir.

Xanım Barnett!

Mən sizin təklifinizi dəstəkləyərək, bildirmək istərdim ki, biz daha çox gələcəyə baxmalı, nə etməli olduğumuzu müzakirə etməliyik. Burda Ermənistan nümayəndə heyəti üzvlərinin provakativ və həqiqətə uyğun olmayan çıxışları bir daha sübut edir ki, Ermənistanın danışıqlar prosesində mövqeyi konstruktiv və həllin axtarışı yönümündə deyil. Mən xahiş edirəm ki, kimsə burda Ermənistan nümayəndə heyətinin üzvlərinə başa salsın ki, biz bura nə üçün yığışmışıq.

Bu gün müzakirə olunan İtaliya və Avstriya arasında Cənubi Tirol münaqişəsinin Azərbaycanla Ermənistan arasındakı Dağlıq Qarabağ münaqişəsi ilə oxşar və fərqli cəhətləri mövcuddur. Qeyd etmək istərdim ki, Azərbaycan Prezidenti dəfələrlə öz çıxışlarında Dağlıq Qarabağa Azərbaycan tərkibində ən yüksək özünü idarəetmə statsunun verilə biləcəyini bəyan etmiş, Avropada uğurlu tətbiq olunan muxtar statuslardan kimi Cənubi Tirol modeli misal gətirilmişdir. Azərbaycanın mövqeyi aydın və qətidir: biz münaqişənin təcili surətdə Azərbaycanın ərazı bütövlüyü çərçivəsində həllini istəyirik, biz münaqişənin sülh yolu ilə həllini istəyirik, biz regionda bütün xalqların xoşbəxt və inkişaf edərək birgə yaşamasını istəyirik.

Müzakirə olunan Cənubi Tirol münaqişəsi ilə Dağlıq Qarabağ münaqişəsinin əsas fərqi ondan ibarətdir ki, Ermənistan Dağlıq Qarabağdan başqa Azərbaycanın 7 rayonunu işğal etmişdir. Bu işğal olunmuş 7 rayonun ərazisi Dağlıq Qarabağın ərazisindən 4 dəfə çoxdur! 800 mindən çox insan öz evlərindən didərgin salınmışdır. Bu insanlar hər gün evlərinə qayıtmağı Azərbaycan hökumətindən tələb edirlər! İşğal olunmuş Azərbaycan ərazilərində Ermənistan əsgərləri nə axtarırlar?

Mən özüm şəxsən Qarabağ bölgəsindənəm. Mənim doğulduğum evi Ermənistan əsgərləri yandırmış və dağıtmışlar. Mən Azərbaycan Parlamentinin üzvü olaraq belə öz doğma evimə gedə bilmirəm. Nə üçün?

Avropada münaqişələrin həll olunması tarixi 2 əsas məsələni qabarıq göstərməkdədir. 1. Münaqişələrin mərhələli həlli. 2. Yerli icmaların birgə yaşayışı. 3. Ölkələrin ərazi bütövlükləri pozulmadan yüksək muxtariyyət statusu. Azərbaycan da məhz bu prinsipləri irəli sürməkdədir. Mərhələlı olaraq, Ermənistan ordusu işğal olunmuş bütün ərazilərdən çıxmalı, qaçqın və məcburi köçkünlər öz ərazilərinə qayıtmalı, Dağlıq Qarabağın azərbaycanlı icması öz yerlərinə qayıtmalı, daha sonra Dağlıq Qarabağın Azərbaycan tərkibində statusunu yerli icmalar müəyyən etməlıdir. Mən cənab Reinhard Klimmt ilə tamamilə razıyam ki, xalqların xoşbəxt yaşaması üçün ayrıca milli dövlət qurmağa ehtiyac yoxdur, yüksək muxtariyyət modeli bunun öhdəsindən tamamilə gəlir.

O ki, qaldı yerli icmaların birgə yaşaması məsələsinə, qeyt etmək istəyirəm ki, münaqişəyə qədər azərbaycanlı və ermənilər arasında birgə yaşayışla bağlı heç bir problem olmamışdır. Bakıda hal hazırda 30 mindən çox erməni yaşayır. Ancaq siz Ermənistanda, Dağlıq Qarabağ ərazisində bir dənə azərbaycanlı tapa bilmərsiz. Bu bir daha Azərbaycanın müasir, demoktratik, birgə yaşama prinsiplərinə sadiq olduğunu və bunun bir siyasət deyil, xalqın yaşayış tərzi olduğunu göstərir.

Sonda bir məsələyə diqqətinizi yönəltmək istərdim. Bir az öncə burda Ermənistan nümayəndə heyətinin üzvü öz uşağını azərbaycanlılara, türklərə nifrət üstündə necə tərbiyə etdiyini söylədi. Mən isə uşaqlarım məndən erməni xalqı barədə soruşduğu zaman "tarixi unutmayaraq, gələcəkdə birgə yaşayışa, sülh və inkişafa hazır olmaq" üstündə tərbiyə edirəm. Budur bizim fərqlərimiz. Mən ermənistanlı həmkarlarıma müraciət edirəm ki, uşaqlarınıza verdiyiniz tərbiyəni nifrət və düşmənçilik üstündə qurmayın!”

BAKU.WS

Son xəbərlər