Azərbaycanın kino xadimi, Əməkdar Mədəniyyət işçisi dəlixanaya yerləşdirilib - VİDEO

Azərbaycanın kino xadimi, Əməkdar Mədəniyyət işçisi dəlixanaya yerləşdirilib - VİDEO
Video
Video 2345

Azərbaycanın kino xadimi, əməkdar mədəniyyət işçisi Miroslava İsgəndərova Belarusda dəlixanaya yerləşdirilib.BAKU.WS xəbər verir ki, bu barədə Xoşqədəm Hidayətqızının "Səni axtarıram" proqramında danışılıb.40 il Azərbaycan kinosuna xidmət etmiş, "Azərbaycanfilm" kinostudiyasında və "Kino Fondu"nda yüksək vəzifələrdə çalışmış Miroslava İsgəndərova təqaüdə çıxdıqdan sonra qızı ilə birlikdə Belarusun Viteks şəhərinə köçüb. Orada qızı həbs olunub. Kürəkəni isə ölkəni tərk edib. Baş verənlərdən psixoloji sarsıntı keçirən M. İsgəndərova Viteksdəki qonşuları tərəfindən ruhi və əsəb dispanserinə yerləşdirilib.

Miroslava xanımın oğlu Eldar anasının başına gələnlərdən bir neçə gün əvvəl proqram vasitəsilə xəbər tutub. O, anasının Bakıya gətirilməsi üçün hazırlıq gördüyünü bildirib.

Qeyd edək ki, Əməkdar mədəniyyət işçisi Miroslava İsgəndərova 2017 və 2018-ci illərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı sərəncamla Azərbaycan kinosunda göstərdiyi xidmətlərə görə pul mükafatına layiq görülüb.

Oxşar xəbərlər

Amaliya Pənahova ilə vida mərasimi keçiriləcək

Amaliya Pənahova ilə vida mərasimi keçiriləcək

Azərbaycan Respublikasının Xalq artisti, Dövlət mükafatı laureatı Amaliya Pənahova sabah dəfn olunacaq. BAKU.WS xəbər verir ki, xalq artisti ilə vida mərasimi 9...

1519 Sosial 11:44 08 noyabr 2018

Son xəbərlər