Azərbaycanda yanan 110 yaşlı retro avtomobilin GÖRÜNTÜLƏRİ - VİDEO

10
iyn
2024
14:33
“Pekin-Paris” avtomobil rallisinin ən yaşlı avtomobili – 1914-cü il istehsalı olan "American LaFrance Type 10" Azərbaycanda yanıb.
Azərbaycan Avtomobil Federasiyasından verilən məlumata görə, bu gün səhər Bakıdan Gürcüstana istiqamət alan avtomobil paytaxt çıxışında texniki səbəblərdən alovlanıb.
BAKU.WS külə dönən 110 yaşlı retro avtomobilin görüntülərini təqdim edir:
Qeyd edək ki, “Pekin-Paris” avtomobil rallisinin iştirakçısı olan digər unikal retro avtomobillər isə hazırda Şamaxıdadır. Yürüşə davam edən avtomobillər Şamaxı rayonunun Meysəri kəndində nümayiş etdirilir.

Oxşar xəbərlər
Bakıda beynəlxalq forum keçirilib: Prezident tədbirdə iştirak edib - YENİLƏNİB - FOTO
Aprelin 23-də ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib. BAKU.WS xəbər verir ki, Azərbaycan Respublikasın...
