Azərbaycanda DƏHŞƏT: Dini qruplaşmanın üzvü olan ata 13 yaşlı qızını ərə verir - VİDEO
29
okt
2019
12:02
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanda radikal dini qruplaşmanın üzvü olan ata 13 yaşlı qızını ərə verir.BAKU.WS xəbər verir ki, hələlik kimliyi açıqlanmayan radikal dindar 6 ildir bu qruplaşmanın üzvüdür. Qızının talehindən narahat olan ana "Səni axtarıram" proqramına gələrək kömək istəyib:"Uşaqlarımın atası 5 ildir radikal dini qruplaşmaya qoşulub. Onların inancına görə, qız uşağını 13 yaşında ərə vermək olar. Mənə deyir ki, qızımızı 13 yaşı var, artıq ərə verməliyəm. Özünün qruplaşmasından olan birinə, dindara ərə vermək istəyir.Axırıncı 5 aydır bu söhbət gedir. Bu ildən artıq məktəbə getməyə də icazə vermir. Dərslər başlanandan bəlkə də 5 gün dərsə gedib. Məktəb direktoru və müəllimlər də bundan xəbərdardır. Övladımı düşünüb hər şeyi gözə almışam".Adı gizli saxlanılan 13 yaşlı qız anasının sözlərini təsdiqləyib və atasının ona "səni evləndirəcəm" dediyini söyləyib. Zülfiyyə Qurbanova
Oxşar xəbərlər
Ana 21 il əvvəl Türkmənistanda qoyub gəldiyi qızının şəklini görüb ŞOKA düşdü - VİDEO
21 il əvvəl 8 yaslı qızını Türkmənistanda qoyub gələn ana 29 yaşına gəlib çatmış qızını görüb şoka düşüb.BAKU.WS xəbər verir ki, iki azyaşlı qızı ilə Türkmənist...