Azərbaycanda bu məhsullar BAHALAŞDI - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Avqust ayında ən vacib ərzaq məhsullarının qiyməti ötən aylara nisbətən bir neçə faiz bahalaşıb.Bu ilin yanvar-avqust aylarında inflyasiyanın səviyyəsi isə 13,2 faiz təşkil edib.
Dövlət Statistika Komitəsi istehlak bazarında qiymətlərin dəyişməsi haqqında məlumatı açıqlayıb.
BAKU.WS-in məlumatına görə, Komitənin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Tünzalə Qarayeva Xəzər TV-yə bildirib ki, ərzaq məhsulları, içkilər və tütün məmulatları 18,9 faiz,qeyri-ərzaq məhsulları 7,2 faiz bahalaşıb.
Ayrı-ayrı ərzaq məhsullarından daha çox bahalaşma çörək, un, peçenye, düyük, makaron məmulatları, mal, qoyun və toyuq ətik, kolbasa məmulatları, qatılaşdırılmış şəkərli süd, kəsmik, pendir və digər məhsullar da olub.
T.Qarayeva qeyd edib ki, avqust ayında əvvəlki ayla müqayisədə əhaliyə göstərilmiş ödənişli xidmətlərdən daha çox bahalaşma mənzillərin icarə haqlarında, paltarların, ayaqqabıların, mənzillərin, məişət cihazlarının təmiri, ictimai iaşə, stomatoloji, bərbərxana, kosmetoloji və hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətlərinin qiymətlərində müşahidə olunub.
Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişiklik baş verməyib.
Daha ətraflı süjetdə:
Oxşar xəbərlər
2022-ci ildə bahalaşan məhsullar - SİYAHI
2022-ci ilin yanvar ayında istehlak qiymətləri indeksi 2021-ci ilin yanvar ayına nisbətən 112,5 faiz, o cümlədən, ərzaq məhsulları, içkilər və tütün məmulatları...