Avtomobilini texniki baxışdan keçirməyən sürücülər üçün VACİB XƏBƏR – VİDEO
02
avq
2018
08:58
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Xarici ölkə istehsalı olan avtomobillərin texniki baxış müddəti ötən gün başa çatıb.BAKU.WS “Xəzər TV-yə istinadən xəbər verir ki, vaxtında avtomobilini texniki baxışdan keçirməyən sürücülər yeni qaydalara əsasən radarlar vasitəsilə elektron qaydada cərimələnəcək.Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynovun sözlərinə görə, yeni qaydalar ötən ayın 20-dən qüvvəyə minib.Hansısa bir qayda pozuntusuna görə yol polisi tərəfindən saxlanılan sürücünün nəqliyyat vasitəsinin texniki baxışdan keçməməsi aşkar edilsə, dərhal yol polisi onu cərimə edəcək.Ekspert Ərşad Hüseynov, avtomobilini vaxtında texniki baxışa təqdim etməyən sürücülərə cərimələnməmək üçün bəzi tövsiyələr verib.Qeyd edək ki, yeni qaydalara əsasən elektron protokol tərtib edilən sürücüyə vaxt müddəti 20 gün verilir. Əgər 20 gün də sürücü avtomobilini texniki baxışa təqdim etməzsə, yenidən cərimə ediləcək.Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:BAKU.WS
Oxşar xəbərlər
Bu sürücülər cərimələnəcək – Yol Polisindən XƏBƏRDARLIQ
İyulun 31-də 2013 və ondan əvvəlki illərin buraxılışı olan minik avtomobillərinin texniki baxışdan keçməsi müddəti bitib.Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət...