Avtomobil bazarında durğunluğun səbəbi nədir? - VİDEO
Avtomobil bazarı yolunda uzun tıxac yaranıb, bazara giriş dayanıb.
Xezerxeber.az-ın məlumatına görə, görüntülər paytaxtın avtomobil bazarlarının birinin girişində lentə alınıb.
Bazara satışa gətirilən avtomobillər çox olduğundan belə bir mənzərə yaranıb.
Ekspertlər bu vəziyyətin bir aydan çoxdur ki, davam etdiyini deyirlər.
Təklif çox olsa da, alıcı yoxdur.
Onların sözlərinə görə, avtomobil bazarında tam durğunluq yaşanır. Avtomobil qiymətləri artmasa da, nəzərəçarpacaq ucuzlaşma da yoxdur.
Ekspert Sərxan Qədirov onu da bildirib ki, taksilərlə bağlı qərar da bazara təsirsiz ötüşməyib. İstehsal ili 15 ildən artıq olan maşınlar kütləvi satışa çıxarılır.
Bu isə digər avtomobillərin də bazarına təsir edir.
Ətraflı süjetdə:
Oxşar xəbərlər
Bakıda beynəlxalq forum keçirilib: Prezident tədbirdə iştirak edib - YENİLƏNİB - FOTO
Aprelin 23-də ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib. BAKU.WS xəbər verir ki, Azərbaycan Respublikasın...