Ağacları doğrayıb daşıyan sürücü "iş başında" yaxalandı - VİDEO

Ağacları doğrayıb daşıyan sürücü iş başında yaxalandı - VİDEO
Video
Video 1103
Yük maşınının arxası hissəsinə çoxlu sayda kəsilmiş yaş və iri gövdəli ağaclar doğranaraq yüklənilib.Yaş odun daşıyan "QAZ-53" markalı yük avtomobili İsmayıllı -Qəbələ avtomobil yolunda saxlanılıb. Çəkiliş apardığımız zaman maşının sürücüsü ozünü təqdim etməkdən imtina edib. Bundan əlavə, o, avtomobilin hansı idarəyə məxsus olduğunu gizlədib, odunu hara aparadığını da deməyib. Üstəlik, sürücüdən sənəd istədikdə üzərində heç bir sənəd olmayıb.Sürücü maşındakı ağacların quru odun olduğunu və yükü məktəbə apadığını desə də, görüntülərdə həmin ağacların yaş olduğu aydın görünür. Bu ağacların qeyri- qanuni satışa çıxarılması ehtimal edilir.Məsələyə aydınlıq gətirmək üçün Şamaxı Regional Meşə İdarəsinin rəhbəri Elçin Salahovla əlaqə saxlamğa çalışsaq da, bu mümkün olmadı.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova "Xəzər Xəbər"ə məsələnin araşdırılacağını və yalnız bundan sonra məlumatın veriləcəyini bildirib.Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:BAKU.WS
Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Bakı meriyasından əhaliyə XƏBƏRDARLIQ

Bakı meriyasından əhaliyə XƏBƏRDARLIQ

Bakıda əsən güclü külək bəzi hallarda ağacların qırılmasına səbəb olur. Bu isə insanların həyatı üçün təhlükə yaradan haldır. Dünəndən etibarən isə Bakıda və Ab...

2771 Sosial 16:50 09 avqust 2018

Son xəbərlər