VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 

Bakı-Sumqayıt yolunun təxminən 4-5-ci kilometrliyndə, daha dəqiqi Sumqayıtdan Bakıya istiqamətdə yolun kənrında radar quraşdırılsa da əvvəldə xəbərdaredici nişan qoyulmayıb. Belə vəziyyətdə isə sürücülər çaşırlar.

 

BAKU.WS avtosfer-ə istinadən xəbər verir ki, ekspertlər isə deyir sürücülərin çaşqınlığına heç bir əsas yoxdur. Yolda radar olduğunu bildirən xəbərdarlıq işarəsi radardan sonra qoyulub. Radar olduğu ərazini geridə qoyan sürücülər ard-arda 2 işarə ilə qarşılaşır. Bu isə onları çaşdırır. Burada həm yolun orta hissəsinə, həm də kənarına radar quraşdırılıb. Ancaq bunu bildirən xəbərdarlıq nişanı radardan əvvəl yox sonra qoyulub. Radara bir neçə yüz metr qalmış yolda saatda 90 kilometrdən artıq sürəti qadağan edən yol nişanı qoyulub. Yol hərəkəti haqqında qanunda isə göstərilir ki, yaşayış məntəqələrində 50-150 metr, magistrallarda isə 150 -1000 metr məsafədə radarın olduğunu bildirən müvafiq xəbərdaredici nişanı olmalıdır.

Bəs belə olanda sürücülərin çaşqınlığına əsas varmı? Ekspertlər deyir ki, yolda radarın olduğunu bildirən nişanın olub-olmamasından aslı olmayaraq sürücülər avtomobili hərəkət sürətini bildirən nişana idarə etməlidir.

Yəni xəbərdaredici nişanın olmaması radara düşən avtomobilin sürücüsünü cərimədən yayındırmayacaq.

BAKU.WS