İran gəmilərin Hörmüz boğazından keçmələri üçün şərt qoydu
Yeniliklərdən dərhal xəbərdar olun
"Hörmüz boğazından istifadə etmək istəyən gəmi ekipajları keçidi İran Hərbi Dəniz Qüvvələri ilə razılaşdırmalıdır".
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bunu İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Bəqai bildirib.
Diplomatın sözlərinə görə, ABŞ və İsrail Yaxın Şərqdə gəmilərin hərəkətinə təsir edə biləcək gərgin vəziyyət yaradıb. O qeyd edib ki, bununla belə, İran rəhbərliyi Hörmüz boğazında təhlükəsizliyin təmin olunmasını istəyir.
"Gəmilər öz keçidlərini İran Hərbi Dəniz Qüvvələri ilə razılaşdırmalıdır ki, gəmiçiliyin təhlükəsizliyi təmin edilsin", - deyə Bəqai əlavə edib.
Oxşar xəbərlər
Hökumətin xəbərdarlığından sonra əhali marketlərə axışdı: İngiltərə fövqəladə vəziyyətə hazırlaşır
İngiltərə hökumətinin oktyabrın 22-də başlatdığı "Be Ready" kampaniyası ölkədə geniş əks-səda doğurub. BAKU.WS xəbər verir ki, vətəndaşlardan mümkün fövqəladə...